DÜNYA

08 Yanvar

Almaniyanın sənaye sektorunda sifarişlərin həcmi azalıb

Finss.az - 2024-cü ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında Almaniyanın sənaye sektorunda istehsal sifarişləri 0.6% azalıb.

Ekspertlər göstəricinin 0.3% azalacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, oktyabr ayında sifarişlərin həcmi 1.5% azalmışdı.

Həmçinin, Almaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcmi noyabr ayında illik ifadədə 2.5% artmış olsa da, aylıq ifadədə göstərici 0.6% azalıb. Analitiklər müvafiq olaraq 1.9%-lik və 0.5%-lik artımın olacağını proqnoz etmişdilər.

Xəbərin dərc olunması fonunda EURUSD valyuta cütlüyü bir necə dəqiqə ərzində 1.0355 səviyyəsindən 1.0341 səviyyəsinə qədər ucuzlaşdı.