DÜNYA

08 Yanvar

Noyabr ayında Avrozonada işsizlik 6.3% səviyyəsində qalıb

Finss.az - Avropa Statistika Agentliyi “Eurostat”-ın hesabatına əsasən, noyabr ayında Avrozonada İşsizlik Səviyyəsi, oktyabr ayında olduğu kimi, 6.3% təşkil edib.

Açıqlanan göstərici analitiklərin proqnozlarını təkrarlayıb.

Aİ-də isə işsizlik noyabrda 5.9% səviyyəsində qalıb.

Xatırlamaq lazımdır ki, 2023-cü ilin noyabr ayında Avrozonada İşsizlik Səviyyəsi 6.5%, Aİ-də isə 6.1% təşkil edib.

Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 12.968 milyon nəfər təşkil edib ki, bunun da 10.819 milyonu Avrozona ölkələrinin payına düşüb.

Ölkələr üzrə noyabrda ən aşağı işsizlik Çexiyada (2.8%), Maltada və Polşada (hər birində 3%) qeydə alınıb. Ən yüksək göstəricilər İspaniyada (11.2%), Yunanıstanda (9.6%), Finlandiyada (8.7%) və İsveçdə (8.5%) müşahidə olunub.