Finss.az - 2024-cü ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında ABŞ-ın Sənaye Sektorunda İstehsal Sifarişlərinin Həcmi 0.4% azalaraq 586.1 milyard dollara qədər enib. Ekspertlər göstəricinin 0.3% azalacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, oktyabr ayında sifarişlərin həcmi 0.5% artmışdı.
Azalma uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların istehsalı sektorlarında (-1.2%), xüsusilə də, nəqliyyat avadanlığı (-3%), metaldan olan məhsulların hazırlanması (-1.7%), eləcə də, kompüter və elektronika məmulatlarının hazırlanmasında (-0.5%) müşahidə olunub.
Digər tərəfdən, qısamüddətli istifadə üçün nəzərdə tututlmuş malların istehsalçıları (0.4%) üçün sifarişlər artıb. Nəqliyyat sektoru istisna olmaqla, fabrik sifarişləri 0.2% artıb.