Finss.az - ABŞ-ın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 2024-cü ilin noyabr ayı ilə müqayisədə dekabr ayında 56.1 bənd səviyyəsindən 56.8 bənd səviyyəsinə qədər yüksəlib.
Lakin, göstərici analitiklərin 58.5 bəndlik proqnozunun altında qalıb. Qeyd etmək lazımdır ki, açıqlanan nəticə 2022-ci ilin mart ayından bəri xidmət sektorunda ən yüksək aktivliyin olduğunu göstərib.
Şirkətlər müştəri tələbinin yaxşılaşdığını qeyd ediblər. Buna səbəb kimi, sifarişçilərin prezident seçkiləri nəticəsində yeni layihələrə daha çox həvəs göstərdiklərini qeyd etmək olar.
Yeni bizneslər də daha böyük artım tempini göstərdilər və xaricdən gələn yeni sifarişlərdə də artım müşahidə olunub. Bu arada, məşğulluq beş ayda ilk dəfə artdı, lakin, artım hələ də cüzi olub.
İnflyasiyanın üçüncü ay ardıcıl olaraq keçən ilin fevralından bəri ən aşağı səviyyəyə qədər enməsi fonunda dekabr ayında qiymət təzyiqlərinin azaldılmasına dair əlavə əlamətlər də formalaşıb.