Son onillikdə Britaniyada mədəniyyət sektorunda yaranan böhran nəticəsində yüzlərlə teatr bağlanmaq təhlükəsi ilə üzləşib.
Finss.az xəbər verir ki, ölkədə 500-dən çox muzey isə artıq fəaliyyətini dayandırıb. Sektorun rəhbərləri yeni formalaşan Leyboristlər hökumətindən təcili maliyyə dəstəyi tələb ediblər. Onlar artan enerji xərcləri və işəgötürənlər üçün milli sığorta töhfələrindəki artımla bağlı çətinlik çəkdiklərini bildiriblər.
Uzun illər davam edən ixtisarlar və maliyyə çatışmazlığı nəticəsində sektor rəhbərləri maliyyə naziri Reyçel Rivz və mədəniyyət naziri Lisa Nandiyə birbaşa müraciət edərək mədəniyyət sahəsində böyük boşluqların yaranması təhlükəsi barədə xəbərdarlıq ediblər.
London Teatr Cəmiyyəti (SOLT) və “UK Theatre” tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, teatrların beşdəbiri qarşıdakı on ildə fəaliyyətini davam etdirmək üçün ən azı 5 milyon funt sərmayəyə ehtiyac duyur. Əgər kifayət qədər kapital yatırımı edilməsə, teatrların 40 faizi qarşıdakı beş ildə bağlanmaq məcburiyyətində qala bilər.
Hazırda Britaniyada təxminən 1110 teatr fəaliyyət göstərir.
Kaira Agayeva
Finss.az