DÜNYA

27 Dekabr

İran hakimiyyəti WhatsApp-dakı problemləri xarici məhdudiyyətlərlə əlaqələndirib

İranda istifadəçilər üçün WhatsApp-a qoşulma problemləri İranla bağlı deyil, xarici məhdudiyyətlərlə bağlıdır, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri bildirib.  

Finss.az xəbər verir ki, onun sözlərinə görə, problemlər proqramın özü və ya Meta şəbəkəsində yarana bilər ki, bu da çox güman ki, İranın İP ünvanları ilə bağlı xarici resursların məhdudlaşdırılması ilə bağlıdır.

O əlavə edib ki, vəziyyətin İran şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur. Nazir vurğulayıb ki, hazırda həmkarları Meta vasitəsilə problemin həllini axtarırlar. Dekabrın 25-də İranın “WhatsApp” messencerindən, eləcə də “Google Play” proqramlar mağazasından istifadəyə qoyulan qadağanı aradan qaldırmaq qərarına gəldiyi bildirilib.

Bu qərar İnformasiya Təhlükəsizliyi üzrə Ali Şurada səs çoxluğu ilə təsdiq edilib.
WhatsApp, Google Play və onlarla birlikdə Instagram 2022-ci ilin sentyabrında etirazlardan sonra ölkədə bloklanıb.

Kaira Agayeva 

Finss.az