DÜNYA

25 Dekabr

Ukrayna qaz, qızıl və duz ixracına qadağa qoyub

Ukrayna Nazirlər Kabineti 2025-ci il üçün ixrac və idxalına lisenziyaya və kvota tətbiq edilən malların siyahısını təsdiqləyib.

Finss.az xəbər verir ki, müvafiq qərar Ukrayna hökumətinin rəsmi portalında dərc olunub.

Sənədə əsasən, 2025-ci il üçün duz, termal kömür, təbii qaz, odun, gümüş, qızıl, tullantı və ya qiymətli metal qırıntılarının ixracı üçün sıfır kvota müəyyən edilib. Eyni zamanda, Kiyev “K” markalı kokslaşan kömür üçün 1 milyon 300 min ton və mazut yanacağı üçün 400 min ton kvota müəyyənləşdirilib. Nazirlər Kabineti, həmçinin buğda, qarğıdalı, günəbaxan tumu, şəkər, quş əti və bir sıra digər kənd təsərrüfatı məhsullarına lisenziya tətbiq edib.

Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Kaçkanın sözlərinə görə, illik lisenziyalaşdırma və kvotalar daxili bazarda mühüm malların mümkün qıtlığının qarşısını almaq məqsədi daşıyır.

Kaira Agayeva 

Finss.az