Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Hələbdə baş konsulluğunun tezliklə açılacağını açıqlayıb.
Finss.az xəbər verir ki, o, bu barədə parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı bildirib.
Ərdoğan suriyalı miqrantlar mövzusuna da toxunaraq, Türkiyənin onların vətənlərinə qayıtmalarını asanlaşdıracağını qeyd edib. Bununla belə, o, qalmaq qərarına gələnlərin məcburi köçürməyə məruz qalmayacağını vurğulayıb.
Kaira Agayeva
Finss.az