Çində 5-ci nəsil mobil rabitə (5G) istifadəçilərinin sayı bir milyardı ötüb.
Finss.az xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 5G istifadəçilərinin sayının ötən illə müqayisədə 9,4 faiz çoxaldığını açıqlayıb. Bu say ölkədə 1 milyard 790 milyon mobil rabitə istifadəçisinin 56 faizini təşkil edir.
Nazirlik Çində 5G baza stansiyalarının sayının 4 milyon 191 minə çatdığını açıqlayıb.
Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. 2019-cu ilin noyabrından etibarən Çinin 3 mobil rabitə operatoru - “China Mobile”, “China Telecom”, “China Unicom” və “China Broadnet” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb.
Kaira Agayeva
Finss.az