Rokfeller Universitetinin alimləri COVID-19 və Ebola kimi müxtəlif virus xəstəliklərinin müalicəsində sıçrayış ola biləcək tamamilə yeni antiviral dərmanlar sinfi hazırlayıblar.
Finss.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Professor Tomas Tuşlun rəhbərlik etdiyi tədqiqat qrupu bir çox RNT viruslarının həyatında əsas element olan metiltransferaza fermentini hədəf alan yeni birləşmə yaradıb. İş zamanı alimlər 430 mindən çox birləşməni sınaqdan keçirərək NSP14 virus fermentinin fəaliyyətini boğmağa qadir olan maddə tapıblar.
Kaira Agayeva
Finss.az