DÜNYA

23 Dekabr

Lirənin dollara nisbətdə məzənnəsi minimumunu yeniləyib

Türk lirəsinin dollara nisbətdə məzənnəsi tarixi minimuma düşüb.

Finss.az xəbər verir ki, bu gün TL dollara nisbətdə 0,7 faiz ucuzlaşaraq 35,4-ə düşüb.

2024-cü ildə TL dollar qarşısında 20 faiz ucuzlaşıb. Eyni zamanda, bu il TL manat qarşısında rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının dekabrın 20-nə olan məzənnəsinə əsasən, türk lirəsinin məzənnəsi ucuzlaşaraq 0,0483 AZN təşkil edib.

Kaira Agayeva 

Finss.az