DÜNYA

18 Dekabr

Abxaziya Rusiyadan pulsuz elektrik enerjisi tələb edir

Abxaziyanın “hakimiyyəti” Rusiyadan 2025-ci ildə 327 milyon kilovatsaat elektrik enerjisinin pulsuz verilməsini xahiş etsə də, heç bir cavab almayıb.

Finss.az xəbər verir ki, yerli ictimaiyyətin bildirdiyinə görə, elektrik enerjisi çatışmazlığı fonunda tanınmamış respublikanın sakinləri ASIC mədənçilərini yandırmağa başlayıblar. Dekabrın əvvəlindən Abxaziyada enerji böhranı davam edir. Dekabrın 10-dan 17-dək respublikada məktəb və uşaq bağçalarında binaların qızdırılmasında yaranan çətinliklərlə əlaqədar dərslər dayandırılıb.

Dekabrın 11-də İnquri su elektrik stansiyası dayandıqdan sonra bütün Abxaziya işıqsız qalıb. İndi respublikada elektrik enerjisi qrafik üzrə - sutkada bir neçə saat verilir.

Kaira Agayeva 

Finss.az