DÜNYA

18 Dekabr

Əmək miqrantlarının sayı 10 il ərzində 30 milyon nəfər artıb

Miqrant işçilər 2022-ci ilin sonuna qədər ümumi qlobal işçi qüvvəsinin 4,7%-ni təşkil edib. Vesti.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.

Finss.az xəbər verir ki, dünyada əmək miqrantlarının sayı 167,7 milyon nəfərə çatıb ki, onlardan 102,7 milyonu kişilər, 64,9 milyonu qadınlardır. 2013-cü illə müqayisədə bu rəqəm 30 milyon nəfər artıb ki, bu da iqtisadi qeyri-sabitlik, münaqişələr və iqlim dəyişikliyi fonunda miqrasiyanın artımındakı qlobal tendensiyaları əks etdirir.

BƏT həmçinin qeyd edir ki, bütün əməkçi miqrantların demək olar ki, 70%-i yüksək gəlirli ölkələrdə, 17,4%-i isə yuxarı-orta gəlirli ölkələrdə yerləşir. Əmək miqrantlarını cəlb edən əsas regionlar Şimali, Cənubi və Qərbi Avropa, Şimali Amerika və ərəb dövlətləri olaraq qalır. Bu regionlar nisbətən yüksək əmək haqqı və sabit iqtisadi şərait təklif edir ki, bu da onları az inkişaf etmiş ölkələrdən gələn işçilər üçün cəlbedici edir.

Kaira Agayeva 

Finss.az