DÜNYA

17 Dekabr

Çində 426 milyon dollar mənimsəməkdə ittiham olunan məmur haqqında ölüm hökmü icra edilib

Çin hakimiyyəti Daxili Monqolustan Muxtar Bölgəsində Hohhot Texnoloji və İqtisadi İnkişaf Zonasının işçi komitəsinin katibi vəzifəsində çalışmış keçmiş yüksək vəzifəli məmur Li Cianpinə qarşı ölüm hökmünü icra edib. 

Finss.az xəbər verir ki, Li Jianpin mənimsəmə və ümumilikdə 3,06 milyard yuan (təxminən 426 milyon dollar) məbləğində rüşvət almaqda ittiham olunub. Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsi hökmün icrasını elan edib.

WeChat sosial şəbəkəsində yerləşdirilən rəsmi məlumata görə, eks-məmur aldatma yolu ilə dövlət şirkətinin 1,43 milyard yuan (təxminən 199 milyon dollar) məbləğində əmlakına sahib çıxıb. Bundan əlavə, o, 577 milyon yuan (80 milyon dollar) məbləğində rüşvət alıb, həmçinin daha 1,06 milyard yuanı (147 milyon dollar) mənimsəyib. Oğurlanmış vəsaitin əhəmiyyətli hissəsinin qaytarılması qeyri-mümkün olub.

Korrupsiya cinayətlərinə əlavə olaraq, Li Jianpinq qeyri-qanuni fəaliyyətlərə himayədarlıq etməkdə və göz yummaqda təqsirli bilinib və bu, sərt cəza üçün əlavə əsas olub. Məhkumun bütün şəxsi əmlakı dövlətin xeyrinə müsadirə edilib. Hökm yerinə yetirilməzdən əvvəl Li Jianpinə ailə üzvləri və yaxınları ilə vidalaşmağa icazə verilib.

Kaira Agayeva 

Finss.az