İndoneziyanın şərqindəki Maluku əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Finss.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 17:14-də baş verib, episentri Mərkəzi Maluku əyalətinin Tehoru səmtindən 47 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Kaira Agayeva
Finss.az