DÜNYA

16 Dekabr

Vatikan iflas ərəfəsindədir

Vatikan ciddi maliyyə böhranı ilə üz-üzədir və bu, işçilər qarşısındakı pensiya öhdəliklərini təhdid edir.

Finss.az xəbər verir ki, 2022-ci ilin məlumatlarına əsasən, Müqəddəs Taxt-Tacın pensiya fondunun kəsiri 631 milyon avro, Vatikan Dövlətinin və Roma Vikariatının maliyyəsi nəzərə alınmaqla, ümumi kəsir 1 milyardı ötüb. avro. 

Roma Papası Fransisk pensiya fondunun davamlılığından narahatlığını bildirib və onun sabitliyini təmin etmək üçün təcili struktur islahatlarının aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, mövcud sistem gələcək nəsillər qarşısında pensiya öhdəliklərinin ortamüddətli perspektivdə yerinə yetirilməsinə zəmanət vermək iqtidarında deyil. Böhrana cavab tədbirlərinin bir hissəsi olaraq Papa Fransisk kardinal Kevin Farrell-i pensiya fondunun yeganə inzibatçısı təyin etdi və ona lazımi islahatları hazırlamaq və həyata keçirmək tapşırığı verdi. 
Vatikanın maliyyə problemlərinə səbəb olan amillərdən biri də dindarların ianələrinin azalmasıdır. Müqəddəs Taxtın islahatlarına və maliyyə idarəçiliyinə inamın azalması gəlirlərin azalmasına səbəb olub, Vatikanın büdcəsinə və sosial öhdəlikləri yerinə yetirmək qabiliyyətinə mənfi təsir edib. 

Böhrandan çıxmaq üçün Vatikan maliyyə resurslarının idarə olunmasında şəffaflığın və səmərəliliyin artırılmasına, həmçinin dindarlar və donorlar arasında etimadın bərpasına yönəlmiş hərtərəfli islahatlar aparmalı olacaq.

Kaira Agayeva 

Finss.az