DÜNYA

16 Dekabr

Cənubi Koreyanın hakim partiyasının lideri istefa verib

Cənubi Koreyanın hakim partiyasının lideri Han Donq-hun bazar ertəsi istefa verib.

“Mən partiyanın nümayəndəsi kimi istefa verirəm. Mən bu ölkə üçün impiçmentdən başqa daha yaxşı yol tapmaq üçün əlimdən gələni etdim, amma sonda bacarmadım. Bütün günah mənimdir. Çox üzr istəyirəm”, – Xan mətbuat konfransında deyib. Onun sözlərinə görə, o, artıq Xalq Gücü Partiyasına rəhbərlik edə bilmir, çünki “Ali Şura üzvünün istefası ilə Ali Komitə dağılıb”.

Finss.az xəbər verir ki, Xan baş əydi və bütün “hərbi vəziyyətdən əziyyət çəkən”lərdən üzr istədi.
Agentlik əlavə edib ki, Xanın istefası iyulun 23-də keçirilən qurultayda partiya lideri seçildikdən 146 gün sonraya təsadüf edir.

Dekabrın 14-də Cənubi Koreya parlamenti ölkə prezidenti Yun Seok Yeolun impiçmentini dəstəkləyib. 204 deputat prezidentin vəzifədən kənarlaşdırılmasının lehinə, 85 deputat isə əleyhinə səs verib, bundan bir qədər əvvəl Cənubi Koreyanın hakim partiyasının lideri Han Donq-hun növbəti dəfə prezidentin impiçmentinə dəstək verib.

Dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.

Bundan sonra Seulda etirazlar başlayıb və mülki fəallar paytaxta gətirilən əsgərlərlə qarşıdurmaya çıxıb. Cəmi bir neçə saat sonra hərbi vəziyyət ləğv edildi.

Kaira Agayeva 

Finss.az