DÜNYA

16 Dekabr

Bitcoin qiyməti tarixi rekord qırıb

Bitkoinin qiyməti tarixdə ilk dəfə 106 min dollar həddini keçərək tarixi rekordu növbəti dəfə yeniləyib.

Finss.az xəbər verir ki, bunu Binance kriptovalyuta birjasının məlumatları sübut edir.
Bitcoin məzənnəsi ABŞ-da prezident seçkiləri günü 5 noyabrda 68 min dollardan qalxmağa başlayıb. TradingView məlumatlarına görə, kriptovalyutaların ümumi kapitallaşması gündə 0,69% artaraq 3,641 trilyon dollara çatıb. Bunun 2,08 trilyon dolları (57%-dən bir qədər çoxu) Bitcoin-dən gəlir.

Bitcoin-in böyüməsi fonunda bazarda digər əsas kriptovalyutaların dəyəri də artır. Beləliklə, Ethereum 1,15% artaraq 4 min dollara çatdı.

Kaira Agayeva 

Finss.az