ÇXR sədri Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn ay Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə gəlməyəcək.
Finss.az xəbər verir ki, “CBS News” telekanalı bu barədə məlumatlı mənbələrə istinadla bildirib. Məlumata görə, mərasimdə Çinin ABŞ-dakı səfirinin və həyat yoldaşının iştirakı gözlənilir. Onlara Pekindən digər rəsmilər də qoşula bilər.
Bir müddət öncə, Donald Trampın ÇXR sədri Si Cinpini 2025-ci il yanvarın 20-nə planlaşdırılan inaqurasiya mərasiminə dəvət etdiyi bildirilmişdi.
Kaira Agayeva
Finss.az