Ukrayna dekabr ayının sonuna qədər beynəlxalq tərəfdaşlardan 8,5 milyard dollar məbləğində maliyyə yardımı almağa ümid edir.
Finss.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədri Andrey Pışnıy bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq yardıma Avropa İttifaqının "Ukraine Facility" mexanizmi çərçivəsində vəsaiti (4 milyard avrodan çox), Beynəlxalq Valyuta Fondunun (BVF) ayırdığı kreditin yeddinci tranşı (1,1 milyard dollar), eləcə də digər tərəfdaşlardan təxminən 3 milyard dollar daxildir.
Ümumilikdə, Ukrayna 2022-2024-cü illərdə beynəlxalq tərəfdaşlardan 106 milyard ABŞ dolları məbləğində vəsait cəlb edib.
Kaira Agayeva
Finss.az