DÜNYA

11 Dekabr

Stokholmda Nobel ziyafəti təşkil edilib

Çərşənbə axşamı Stokholm Konsert Salonunda İsveç kralı 11 nəfər Nobel mükafatçısına medal və diplomlar təqdim edib.

Finss.az xəbər verir ki, mükafatlandırma mərasimindən sonra Stokholm meriyasının Mavi zalında Nobel ziyafəti təşkil edilib. Tədbir kral ailəsi, Nobel mükafatı laureatları, elm, siyasət və mədəniyyət xadimləri də daxil olmaqla 1300 qonağı bir araya toplayıb.

Ziyafət fəxri qonaqların təntənəli yürüşü ilə başlayıb. Kimya üzrə Nobel mükafatı laureatı Devid Beyker vəliəhd şahzadə Viktoriyanı müşayiət edib. Fəxri süfrədə laureatlar gecəni kral ailəsi və hökumət nümayəndələri ilə bölüşüblər. 

Nobel ziyafətinin aşpazları nəinki heyrətamiz dad, həm də mühüm mesaj ötürən yeməklər hazırlayıblar. Təqdim olunan yeməklər təbii inqrediyentlərdən və ənənəvi yemək üsullarından istifadənin vacibliyini vurğulayır. Sıyıq xüsusi diqqətə layiqdir, onun resepti İsveç ənənəsi ilə yeni innovasiyaya əsaslanıb. Bu ənənəvi yemək üsulları itirilmişdi, lakin indi Nobel ziyafətinin qonaqları üçün yenidən istifadə olunub.

Kaira Agayeva 

Finss.az