DÜNYA

11 Dekabr

Alman polisi Adidas ofislərinə basqın edib

Almaniyada polis vergi araşdırması çərçivəsində Adidas-ın bir neçə ofisinə basqın edib.

Finss.az xəbər verir ki, axtarışlar 2019-cu ilin oktyabrından davam edən və “Almaniyaya gətirilən mallarla bağlı gömrük və vergi qaydalarına aid olan” istintaqla bağlıdır. Adidas nümayəndəsinin sözlərinə görə, şirkət artıq bir neçə ildir ki, gömrük araşdırması ilə əməkdaşlıq edir və bugünkü istintaq hərəkətlərinin maliyyə nəticələrinə məruz qalacağını gözləmir.

Oktyabrın sonunda bildirildi ki, Adidas bütün məhkəmə proseslərini dayandırmaq üçün reper Kanye West ilə barışıq sazişi bağlayıb. İdman brendi və sənətçi son iki il ərzində bir neçə hüquqi döyüşlərdə iştirak ediblər. Buna səbəb reperin antisemit şərhləri olub.
İyulun 19-da Adidas fələstinli model Bella Hadidlə idman ayaqqabısı reklamına görə üzr istəyib. Brend 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə ayaqqabı buraxdı. Həmin il İsrail-Fələstin münaqişəsi zamanı Almaniyada terror aktı baş verdi.

Kaira Agayeva 

Finss.az