2024-cü ildə Qazaxıstan taxıl ixracı üzrə rekorda imza atıb, onun həcmi 12 milyon tona çatacaq.
Finss.az xəbər verir ki, Qazaxıstan ənənəvi olaraq ildə 8-9 milyon ton taxıl, o cümlədən 6,5-7,5 milyon ton buğda ixrac edir. Orta Asiya, Əfqanıstan, Çin, Türkiyə, İran, İtaliya və Tunis də daxil olmaqla 40-dan çox ölkəyə ixrac edilir. 2024-cü ilin noyabr ayının sonuna taxıl ixracının həcmi artıq 6,3 milyon ton təşkil edib. Eyni zamanda, yeni məhsulun ixracı 2,37 milyon tonu ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur.
Hökumət vurğulayır ki, ixracın artımı Qazaxıstanın beynəlxalq bazarlarda mövqeyini gücləndirən logistika infrastrukturunun təkmilləşdirilməsi hesabına mümkün olub.
Kaira Agayeva
Finss.az