Çinin "China Everbright Group" korporasiyasının keçmiş sədri Tanq Şuanninq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Finss.az xəbər verir ki, məhkəmə onu korrupsiya, rüşvətxorluq və şəxsi maraqları üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilir.
Tang Shuangning yanvar ayında həbs edilib.
China Everbright Group inzibati cəhətdən Çin Xalq Respublikasının Dövlət Şurasına tabe olan ən böyük şaxələndirilmiş dövlət holdinqlərindən biridir. Korporasiyanın səhmdarları arasında Çinin Maliyyə Nazirliyi də var.
Kaira Agayeva
Finss.az