Dünyanın ən böyük valyuta ehtiyatlarına malik olan Çinin ehtiyatları açıqlanıb.
Finss.az xəbər verir ki, noyabrda bu ölkənin ehtiyatları 0,15% artıb. Eyni zamanda, Çinin valyuta ehtiyatları 3 trilyon 265,9 milyard dollar təşkil edib.
Qeyd edək ki, ötən ay yuan dollar qarşısında təxminən 1,8% ucuzlaşıb. ABŞ dolları əsas dünya valyutaları səbətinə nisbətən 1,8% bahalaşıb. Noyabrda yüksələn təkcə Çinin valyuta ehtiyatları deyildi. Belə ki, ötən ayın sonunda Çində də qızıl ehtiyatları artıb. Çinin qızıl ehtiyatları 72,8 milyon unsiya artaraq 72,96 milyon unsiyaya çatıb. Bundan əvvəl qiymətli metal ehtiyatlarının həcmi altı ay ərzində dəyişməyib.
Kaira Agayeva
Finss.az