Cari ilin üçüncü rübündə Avrozona iqtisadiyyatında əvvəlki rüblə müqayisədə 0,4 faiz artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozona iqtisadiyyatı üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb. Avrozonada məşğulluq üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
Avropa İttifaqında isə ÜDM bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz, keçən ilin eyni rübü ilə müqayisədə 1 faiz artım göstərib. Üçüncü rübdə Aİ-də məşğulluq səviyyəsi əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 faiz artım qeydə alınıb.
Üçüncü rübdə İtaliyada ÜDM əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrünə görə isə 0,4 faiz artıb.
Kaira Agayeva
Finss.az