Fransanın Sahil Xidmətləri Manş boğazını qanunsuz keçməyə cəhd edərkən qumda batmış 85 nəfəri xilas edib.
Finss.az xəbər verir ki, Pas-de-Kale bölgəsində miqrantları daşıyan iki qayığın qəzaya uğraması baş verib. Gəmilərin birində 80, digərində isə daha beş nəfər keçməyə cəhd edib. Bildirilir ki, qurbanlar polisin müşayiəti ilə Bulon-sur-Mer şəhərinə aparılıb. Onlara təcili yardım göstərilib. 2024-cü ildə on minlərlə qeyri-qanuni miqrant boğazı keçə bilib, uğursuz cəhdlər nəticəsində onlarla qəza baş verib.
Kaira Agayeva
Finss.az