DÜNYA

03 Dekabr

Donald Tramp investisiya bankirini ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd göstərib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tanınmış investisiya bankiri və filantrop Uorren Stivensı ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizəd göstərib. 

Finss.az xəbər verir ki, bu barədə Tramp öz sosial media hesabında paylaşım edib. O, U.Stivens haqqında “ölkənin ən uğurlu iş adamlarından biri” ifadəsini işlədib: 

“Uorren hər zaman ABŞ-a tam zamanlı xidmət göstərməyi arzulayıb. Çox şadam ki, o, indi bu imkanı qazanaraq, ABŞ-ın ən əziz və sevilən müttəfiqlərindən birinə yüksək səviyyədə diplomat kimi təmsil edəcək”, – deyə Tramp qeyd edib.

Kaira Agayeva 

Finss.az