Londonda tikilən ən bahalı yaşayış layihəsi olan “1 Mayfair”də satışa çıxarılacaq mənzillərin ilkin start qiyməti 35 milyon funt sterlinq olacaq.
Finss.az xəbər verir ki, bu rəqəm paytaxtdakı orta ev qiymətindən təxminən 70 dəfə yüksəkdir.
Məşhur milyarder Con Kaudvelin rəhbərliyi ilə həyata keçirilən və ümumi dəyəri 2 milyard funt sterlinq olan layihənin 2026-cı ilin yazında tamamlanması gözlənilir. Layihənin ölçüləri və mənzillərin dəqiq konfiqurasiyası hələ açıqlanmasa da tikinti şirkəti bildirir ki, hətta ən kiçik mənzil belə Londonda yalnız bir neçə iri mənzil və malikanə ilə müqayisə olunacaq qiymətə malik olacaq. Layihədəki 29 mənzilin orta qiyməti təxminən 70 milyon funt sterlinq olacaq.
Bildirilib ki, artıq layihəyə maraq göstərən 600-dən çox potensial alıcı siyahıya alınıb.
Kaira Agayeva
Finss.az