Çinin cənubundakı Quizhou əyalətində çay qayığının çevrilməsi nəticəsində 8 nəfər ölüb.
Finss.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, fövqəladə hadisə bazar ertəsi Pekin vaxtı ilə təxminən saat 09:30-da Pinçjenq çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.
Qeyd edildiyi kimi, üzən gəminin şəxsi sahibi var. Həkimlər hadisədən sağ çıxan 5 nəfərin vəziyyətini stabil qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.
Kaira Agayeva
Finss.az