DÜNYA

02 Dekabr

Aİ dekabrda Ukraynaya 4,2 milyard avro büdcə yardımı köçürməyi vəd edib

Avropa İttifaqı tərəfindən dekabrda Ukraynaya 4,2 milyard avro məbləğində büdcə yardımı köçürüləcək.

Finss.az xəbər verir ki, bunu Avropa Şurasının yeni rəhbəri Antonio Kosta deyib.
Kiyevdə mətbuat konfransı zamanı o, həmçinin qeyd edib ki, 2025-ci ilin yanvarından Aİ Kiyevi iqtisadi transformasiyalar müqabilində aylıq 1,5 milyard avro məbləğində maliyyələşdirəcək.

“Avropa İttifaqı dekabrda Ukraynanın büdcəsinə 4,2 milyard avro dəstək verəcək”, - TASS onun sözlərindən sitat gətirir.

Daha əvvəl bildirilmişdi ki, Aİ diplomatik xidmətinin və Avropa Şurasının rəhbərləri Kaya Kallas və Antonio Kosta Kiyevə işgüzar səfərə gəliblər.

Kaira Agayeva 

Finss.az