DÜNYA

29 Noyabr

Almaniya çip istehsalına 2 milyard avro sərmayə qoyacaq

Almaniya hakimiyyəti ölkənin yarımkeçirici sənayesinin inkişafına təxminən 2 milyard avro investisiya qoymaq niyyətindədir.

Finss.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Almaniya İqtisadiyyat Nazirliyi bu vəsaiti yarımkeçirici vaflilərin istehsalı və çiplərin yığılması da daxil olmaqla müxtəlif sahələrdə 10-15 layihəyə yatırmağı planlaşdırır.

Öz növbəsində departamentin nümayəndəsi investisiya məbləğinin bir neçə milyard avroya çatacağını bildirsə də, daha konkret məlumat verməkdən imtina edib. Nazirlik aydınlaşdırıb ki, vəsait çip istehsalçılarına “mövcud istehsal səviyyələrini əhəmiyyətli dərəcədə üstələyən ən müasir istehsal müəssisələri” yaratmaq üçün veriləcək.

Bundan əvvəl İqtisadiyyat Nazirliyi çip istehsalçılarını subsidiyalar üçün müraciət etməyə çağırıb. Eyni zamanda agentlik qeyd edir ki, Almaniyada gələn ilin fevralına təyin edilmiş seçkilərdən sonra yeni hökumət büdcəni planlaşdırarkən çip istehsalının subsidiyalaşdırılması ilə bağlı fərqli qərar qəbul edə bilər.

Alman yarımkeçirici sənayesi ciddi böhranla üz-üzədir. Sentyabrda Amerikanın Intel korporasiyası Almaniyanın Maqdeburq şəhərində dəyərinin təxminən 30 milyard avro olacağı gözlənilən zavodun tikintisi layihəsini dayandırmaq niyyətində olduğunu açıqlamışdı. Wolfspeed və ZF Friedrichshafen də Almaniyanın qərbində çip istehsal etmək planlarından imtina etdilər.

Kaira Agayeva 

Finss.az