Virus əleyhinə Lenacapavir preparatı hər altı aydan bir orqanizmə yeridildikdə insan immunçatışmazlığı virusuna (İİV) yoluxma hallarının 96-99%-nin qarşısını alır.
Finss.az xəbər verir ki, kliniki sınaqların üçüncü mərhələsindən sonra məlum olub ki, preparat HİV infeksiyasının 96%-nin qarşısını alır və kişi və qadınlara effektiv təsir göstərir. Professor Karlos del Rio vurğuladı ki, Lenacapavir ümumi əhaliyə təqdim edilərsə, qlobal səviyyədə İİV-ə yoluxma hallarını azaltmaq mümkün olacaq. Dərman molekulları HİV qabığını təşkil edən zülal vahidləri ilə birləşməyə qadirdir, bu da qüsurlu immun çatışmazlığı virusu hissəciklərinin əmələ gəlməsinə səbəb olur.
Kaira Agayeva
Finss.az