Çinin müdafiə naziri korrupsiyada şübhəli bilinirdi.
Finss.az xəbər verir ki, bu vəziyyəti “Financial Times” aşkarlayıb.
Belə ittihamlara görə ÇXR Müdafiə Nazirliyinin əvvəlki iki rəhbəri vəzifəsini itirib. Müdafiə departamentinin rəhbəri Donq Cunun konkret nədə şübhəli bilindiyi hələlik məlum deyil.
FT yazır ki, onun işi Çin Xalq Azadlıq Ordusunda korrupsiya ilə bağlı geniş araşdırmanın bir hissəsidir. Çinin Vaşinqtondakı səfirliyi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Dong Jun 2023-cü ilin dekabrında sələfi Li Şanfu korrupsiya iddialarına görə vəzifəsindən kənarlaşdırıldıqdan sonra Çinin müdafiə naziri vəzifəsinə təyin edilib. Həmçinin, korrupsiya işi səbəbindən Çinin müdafiə naziri olan Li Şanfunun sələfi Vey Fenqe də vəzifəsini itirib.
Kaira Agayeva
Finss.az