DÜNYA

27 Noyabr

Qazaxıstan neft məhsullarının ixracına nəzarəti gücləndirir

Qazaxıstan 2025-ci il yanvarın 1-dən benzin və dizel yanacağının Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara ixracına altı aylıq qadağa tətbiq edəcək.
Finss.az xəbər verir ki, belə dəyişikliklər ölkənin Energetika Nazirliyinin yenilənmiş “Qazaxıstan Respublikasının ərazisindən neft məhsullarının ixracının bəzi məsələləri haqqında” əmrində nəzərdə tutulub.

Məhdudiyyətlərə yüngül distillələr, təyyarə yanacağı, dizel yanacağı, qazoylları, toluol, ksilen və neft bitumları daxildir.

Bununla belə, istisnalar nəzərdə tutulur. İcazə verilir: 

avtomobillərin zavod qaz çənlərində yanacağın daşınması;
elmi tədqiqatlar, aşqarların sınaqları və laboratoriya sınaqları üçün təyyarə yanacağının ixracı;
hökumətin qərarı ilə humanitar yardımın tərkib hissəsi kimi neft məhsullarının tədarükü.
Əvvəllər oxşar məhdudiyyətlər 2024-cü il yanvarın 31-dək qüvvədə idi ki, bu da hakimiyyətin neft məhsullarının ixracına nəzarət etmək və daxili bazarı qorumaq istəyini vurğulayır.

Kaira Agayeva 

Finss.az