DÜNYA

26 Noyabr

Amazonun Yaponiyadakı qərargahına basqın edilib

Hüquq-mühafizə orqanlarının əməkdaşları Amerikanın Amazon korporasiyasının Yaponiya bölməsinin Tokiodakı baş ofisində axtarışlar aparıblar.

Finss.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
NHK telekanalının məlumatına görə, Amazon Japan antiinhisar qanunlarını pozmaqda şübhəli bilinir. Yaponiya hökumətinin Ədalətli Ticarət Komissiyası hesab edir ki, Amazon-un Yaponiyadakı törəmə şirkəti pərakəndə satıcıları öz mallarının qiymətlərini qəsdən digər oxşar onlayn platformalardan aşağı təyin etməyə məcbur edir.

Şirkət həmçinin pərakəndə satıcıları öz logistik xidmətlərindən istifadə etməyə məcbur etməkdə şübhəli bilinir - bunun müqabilində Amazon Japan öz saytında bu şirkətlərin məhsullarını daha görkəmli mövqelərə yerləşdirir. Yaponiya Dövlət Komissiyası əmindir ki, bu cür təcrübələr ölkənin antiinhisar qanunlarının pozulmasıdır.

Kaira Agayeva 

Finss.az