DÜNYA

25 Noyabr

“Bert” qasırğası Böyük Britaniyada insan tələfatına səbəb olub

“Bert” qasırğası Böyük Britaniya və İrlandiyada bir neçə insanın həyatına son qoyub.

Finss.az xəbər verir ki, İngiltərə və Uelsdə həftəsonu yağan yağış və qarın əriməsi daşqınlara səbəb olub. Uelsin şimalında itkin düşən şəxsin cəsədi aşkarlanıb. Hempşir qraflığında isə bir sürücü avtomobilinin üstünə ağacın aşması nəticəsində ölüb.

Güclü külək və daşqınlar səbəbindən Uelsin cənubunda fövqəladə vəziyyət rejimi elan edilib. Təbii fəlakət nəticəsində yüzlərlə evə zərər dəyib, təxminən 60 min ailə elektriksiz qalıb.

Böyük Britaniyanın Meteorologiya Agentliyinin məlumatına görə, qasırğa bu gün adadan uzaqlaşacaq.

Kaira Agayeva 

Finss.az