İtaliyalı məşhur rəssam Mikelancelo Merizi da Karavacconun şah əsəri sayılan Maffeo Vinçenzo Barberininin portreti ilk dəfə Romada sərgilənir.
Finss.az xəbər verir ki, indiyədək heç bir sərgiyə daxil edilməyən sirlərlə dolu bu portret 60 ildir Florensiyada şəxsi kolleksiyada saxlanılıb. Karavacconun çəkdiyi və indiyədək qalmış nadir portretlərindən olan bu əsər Romadakı Palazzo Barberini Muzeyində sərgilənir.
Portret Barberininin 30 yaşında Vatikanda məşhurlaşdığı vaxt çəkilib. Əsər gələn il fevralın 23-dək sərgilənəcək.
İtaliyalı din xadimi Maffeo Vinçenzo Barberini 1623-1644-cü illərdə Roma Katolik Kilsəsinin rəhbəri (Papa VIII Urban) olub. Karavacco Barberininin bu portretini o hələ Papa olmadan əvvəlki dövrdə çəkib. Maffeo Vinçenzo Barberini sənət dünyasındakı təsiri və siyasi gücü ilə həm Katolik Kilsəsinin tarixində, həm də İtaliya incəsənətində dərin iz qoyub.
Kaira Agayeva
Finss.az