DÜNYA

22 Noyabr

Yaponiyada iş yerindəki stress səbəbiylə psixi pozğunluqların rekord sayı müəyyən edilib

2023-cü ildə iş stresi psixi pozğunluqların inkişafına səbəb olan Yaponiya sakinlərinin sayı rekord həddə çatıb.

Finss.az xəbər verir ki, bunu Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatları sübut edir.

Bu ilin noyabr ayı Yaponiyanın Karoshi Maarifləndirmə Ayıdır, bu termin "həddən artıq işdən ölüm" mənasını verir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə psixi pozğunluqların, o cümlədən depressiyanın səbəbi kimi işdə artan stresslə rəsmi diaqnoz qoyulanların sayı 883 nəfərə çatıb - bu, müvafiq statistik məlumatlar toplanandan bəri ən yüksək göstəricidir. Üstəlik, onların arasında rəhbər vəzifələrdə çalışan 52 nəfər var - bir il ərzində bu rəqəm 15 nəfər artaraq tarixdə ən yüksək göstərici olub. İş yerindəki stress 15 nəfəri intihara sürükləyib - bir il əvvəlkindən 4 nəfər çox.

Kaira Agayeva 

Finss.az