Finlandiya qaçqınlar üçün yaşayış icazələrinin verilməsi şərtlərini sərtləşdirir. 2 yanvar 2025-ci il tarixindən etibarən daimi yaşayış icazəsi artıq verilməyəcək və müvəqqəti yaşayış icazəsinin qüvvədə olma müddəti Aİ qanunvericiliyinin minimum tələbinə uyğun olaraq dörd ildən üç ilə endiriləcək.
Finss.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin rəsmi saytında müvafiq məlumat yerləşdirilib.
“Qaçqınlar üçün yaşayış icazəsinin qüvvədə olma müddəti indiki dörd il əvəzinə üç ilə endiriləcək”, - deyə idarənin press-relizində deyilir.
Kaira Agayeva
Finss.az