DÜNYA

21 Noyabr

Bayden Ukraynaya olan milyardlarla borcunu silmək niyyətindədir

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi Ukraynanın borcunu 4,65 milyard dollar silmək niyyəti barədə məlumat verib.

Finss.az xəbər verir ki, bu barədə Bloomberg-in nəzərdən keçirdiyi Ağ Evin məktubunda deyilir.
Bu məbləğ apreldə təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketi çərçivəsində Vaşinqtonun Kiyevə verdiyi 9 milyard dolların yarısıdır. Zəruri hallarda bu məbləğin 50%-ni silinə bilər.
 

Kaira Agayeva 

Finss.az