ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,5 milyon barel artaraq 15 noyabr 2024-cü il tarixinə 430,3 milyon barel təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik aydınlaşdırdı ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 4% aşağıdır.
Kaira Agayeva
Finss.az