DÜNYA

19 Noyabr

Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Ekvador hakimiyyəti meşə yanğınları ilə əlaqədar bütün respublikada fövqəladə vəziyyət elan edib.

"Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Manzano ölkədə meşə yanğınları, su qıtlığı və quraqlıq 60 gün müddətində fövqəladə vəziyyətin tətbiq olunduğunu təsdiqləyib", - departament qeyd edib.

Finss.az xəbər verir ki, Risklərin İdarə Edilməsi Katibliyi ölkə üzrə 17 aktiv yanğının və 5 nəzarət edilən yanğının olduğunu bildirib. İlk növbədə, söhbət Azuay və Loja əyalətlərindən gedir. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.

Qeyd olunur ki, Azuay əyalətində noyabrın 1-dən 1,7 min hektardan çox, Lojada isə 8,5 min hektardan çox bitki örtüyü yanğın nəticəsində məhv olub.

Kaira Agayeva 

Finss.az