DÜNYA

18 Noyabr

Seul ABŞ-dan neft və qaz idxalını artırmağı planlaşdırır

Cənubi Koreya hökuməti Birləşmiş Ştatlarla ticarətdə profisiti azaltmaq üçün ABŞ-dan neft və qaz idxalını artırmağı planlaşdırır. 

Finss.az xəbər verir ki, bu barədə “Cunan Ilbo” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, yeni seçilmiş prezident Donald Tramp ABŞ-la ticarət profisiti olan ölkələri tənqid edir və onlara qarşı yüksək idxal rüsumları tətbiq etməklə hədələyir. Cənubi Koreya 2023-cü ildə təxminən 44 milyard dollarlıq profisiti ilə həmin ölkələrdən biridir və ilin sonunda bu göstəricinin daha da yüksələcəyi gözlənilir.

Koreya Respublikasının hökuməti hesab edir ki, ABŞ-dan neft və qaz idxalının artırılması ikitərəfli ticarətdə profisiti azaltmaq üçün ən sadə variantlardan biri ola bilər. Eyni zamanda, Seul bu variantı dərhal işə salmağı planlaşdırmır, lakin ABŞ-ın yeni administrasiyası ilə danışıqlarda ondan təsir vasitəsi kimi istifadə etmək istəyir. 

“ABŞ-dan enerji idxalının artırılması ciddi müzakirə olunur və bu variant bir çox siyasətçilər və məmurlar tərəfindən dəstəklənir”, - deyə nəşrin həmsöhbəti bildirib.

Kaira Agayeva 

Finss.az