DÜNYA

18 Noyabr

Cənubi Koreyada “Mercedes” markalı avtomobilin dayanacağında baş verən yanğını 85 yanğınsöndürən söndürüb

Cənubi Koreyada yeraltı dayanacaqda elektriklə işləyən Mercedes EQC 400 krossoverində baş verən yanğının söndürülməsi üçün 85 yanğınsöndürən və 27 texnika cəlb olunub.

Finss.az xəbər verir ki, avtomobil gecə saatlarında yeraltı dayanacaqda şarj edərkən yanıb. Yanğın barədə məlumat daxil olandan 5 dəqiqə sonra hadisə yerinə yanğınsöndürənlər gəlsə də, elektriklə işləyən avtomobili söndürməyə 2 saatdan çox vaxt sərf ediblər. Söndürmə prosesi zamanı avtomobilin üzərinə hermetik örtük qoyulub.

Kaira Agayeva 

Finss.az