DÜNYA

15 Noyabr

Usaqi qasırğası Filippini vurub

Usaqi qasırğası Filippinin şimal-şərq sahillərinə çatıb.

Finss.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Tayfun yerli vaxtla günorta saatlarında Filippin arxipelaqının ən böyük adası olan Luzondakı Caqayan əyalətini vurub. Həmin vaxt tayfun zonasında küləyin maksimal sürəti 49 m/s olub. Küləyin sürəti 66 m/s-ə çatıb.

Meteoroloqlar yağış və torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq edir. Sahil bölgələrində fırtına dalğalarının hündürlüyü üç metrə çata bilər.

Bir gün əvvəl səlahiyyətlilər 20 mindən çox sakini təxliyə etdi.

Meteoroloqların fikrincə, tayfun şimal-qərb istiqamətində hərəkətini davam etdirəcək və daha sonra Tayvana doğru hərəkət edəcək.

Usaqi üç həftə ərzində Filippini vuran beşinci tayfun oldu.

Bu həftənin əvvəlində “Toraji” tayfunu Filippini vurdu.

Kaira Agayeva 

Finss.az