Britaniyanın Baş naziri Kir Starmer insan qaçaqmalçılığı ilə məşğul olan dəstələrlə mübarizə üçün əlavə 75 milyon funt sterlinq ayıracaq.
Finss.az xəbər verir ki, Birləşmiş Krallıqda ilk dəfə keçiriləcək 92-ci İnterpol Baş Assambleyası zamanı Kir Starmer sərhəd təhlükəsizliyinə yeni yanaşma nümayiş etdirmək niyyətindədir və bu tədbir çərçivəsində dünyanı insan alverinin ciddiliyinə qarşı fəal mübarizəyə çağıracaq.
İnterpol Baş Assambleyası noyabrın 4-7-də Şotlandiyanın Qlazqo şəhərində təşkil edilir.
Qeyd edək ki, təkcə oktyabr ayında 5 mindən çox insan qaçaq yollarla La-Manş kanalından Britaniyaya keçib. Baş nazirin açıqlamasından sonra müxalifətdə olan Mühafizəkarlar Partiyası bu məbləğin kanal keçidlərini təhlükəli şəkildə keçən miqrantları dayandıracaq təsirə malik olmadığını irəli sürüb.
Kir Starmer La-Manşdan qanunsuz keçidlərin qarşısını almaq üçün əvvəlki Mühafizəkar hökumətin hazırladığı Ruanda deportasiya planını ləğv etmişdi.
Kaira Agayeva
Finss.az