Çinin kosmik stansiyasında 192 günlük fəaliyyətini başa vuran “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar.
Finss.az xəbər verir ki, astronavtlar Yı Quanfu, Li Çon və Li Quansunu gətirən “Şencou-18” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə noyabrın 3-də günorta saatlarında “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul noyabrın 4-də gecə saat 01:24-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-18” missiyasının uğurla başa çatdığını elan edib.
Qeyd edək ki, “Şencou-18” missiyasına aprelin 25-də start verilib. “Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada oktyabrın 3-də start verilmiş “Şencou-19” missiyasının üç üzvü əvəzləyib. “Şencou-19” missiyasının da kosmosda təxminən 6 ay qalması planlaşdırılır.
Kaira Agayeva
Finss.az