Oktyabr ayı ərzində Rusiya Federasiyası Ukraynaya qarşı 2023 ədəd “Şahid” tipli hücum pilotsuz uçuş aparatı (PUA) və naməlum tipli dronlardan istifadə edib ki, bu da cari il üçün rekord göstəricidir.
Finss.az xəbər verir ki, Ukraynaya doğru buraxılan PUA-lardan 1185-i ukraynalı hərbçilər tərəfindən məhv edilib və ya zərərsizləşdirilib, 738-i itirilib, 29-u isə Ukrayna dövlətinin nəzarət etdiyi hava məkanını tərk edib.
2024-cü ilin əvvəlindən Rusiya ordusu ümumilikdə 6987 hücum PUA-sından istifadə edib.
Kaira Agayeva
Finss.az