Avropa Komissiyası Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində növbəti - üçüncü fəsli açmağa hazırdır.
Finss.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Serbiya ilə bağlı 2024-cü ilə dair hesabat layihəsində bildirilir.
Layihədə Avrokomissiyanın rəqabət qabiliyyətinə və inklüziv iqtisadi artımı nəzərdə tutan üçüncü fəslin texniki cəhətdən açılmasına hazır olduğu qeyd edilir. Bu mərhələdə müzakirələrin ümumi tempinin qanunun aliliyi islahatlarından və Belqrad ilə Priştina arasında münasibətlərin normallaşmasından asılı olaraq davam edəcəyinə diqqət çəkilib.
“Avrokomissiyanın Serbiyanın üçüncü fəslin ilkin meyarlarına cavab verməsi və bu fəslin texniki cəhətdən açılışa hazır olması ilə bağlı tövsiyələri qüvvədə qalır. Bu, üzvlük prosesinin əsaslarına, eləcə də mehriban qonşuluq münasibətlərində və regional əməkdaşlıqda irəliləyişlərə, Belqrad və Priştina arasında münasibətlərin normallaşmasına, Aİ-yə üzvlük yolunda əldə edilmiş irəliləyişdə növbəti 5 fəsil üzrə öhdəlik götürmək imkanı deməkdir”, - deyə hesabat layihəsində bildirilir.
Xatırladaq ki, Qərbi Balkan regionu ölkələrindən Serbiya Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır. Serbiyanın 2030-cu ilədək ittifaqa üzv olacağı gözlənilir.
Kaira Agayeva
Finss.az